Son dəqiqə

Türkiyə Ankara Türkiyə Daxili İşlər Nazirliyi kibertəhlükəsizlik Ali Yerlikaya kibercinayətkarlıq Kiberhücumlar kibercinayətlərə qarşı əməliyyatlar

Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - 60-a yaxın şübhəli saxlanılıb

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyədə kiber cinayətlərə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 90 şübhəli saxlanılıb, onlardan 58-i barəsində həbs qətimkan tədbiri seçilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat yayıb.

Nazir bildirib ki, əməliyyatlar zamanı ümumi dövriyyə həcmi təxminən 1,1 milyard lirə olan kiber cinayət şəbəkəsi ifşa edilib. Saxlanılan şübhəlilərdən 25-i barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub, digərləri üzrə isə istintaq davam etdirilir.

Ali Yerlikayanın açıqlamasına əsasən, şübhəlilər:

  • qeyri-qanuni mərc fəaliyyətinin təşkili,
  • cinayət yolu ilə əldə olunan vəsaitlərin daşınması,
  • şəxsi məlumatların qanunsuz ələ keçirilməsi,
  • sosial media üzərindən saxta elanlarla vətəndaşların aldadılması

kimi cinayət əməllərində iştirak ediblər.

Nazir vurğulayıb ki, bu əməliyyatlar nəticəsində mümkün kiber fırıldaqçılıq cinayətlərinin qarşısı vaxtında alınıb və vətəndaşların maddi-mənəvi zərər görməsinin qarşısı kəsilib. O, kiber cinayət şübhəsi yarandıqda dərhal 112 Təcili Çağrı Mərkəzinə müraciət etməyi tövsiyə edib.

Ali Yerlikaya əməliyyatda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını xüsusi olaraq təbrik edib və kiber cinayətlərlə mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.

Mövzuya görə xəbərlər