Son dəqiqə

Ankara

Ankaradakı rəqəmsal reklam lövhələrində Azərbaycanın ünvanına təbriklər yerləşdirilib

Bakı,TurkicWorld

Ankaranın əsas yolları və prospektləri boyunca yerləşən rəqəmsal reklam lövhələrində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana təbrik mesajları yerləşdirilib.

Ölkəmizin Türkiyədəki səfirliyinin təşəbbüsü Türkiyə paytaxtının şəhər bələdiyyəsi tərəfindən dəstəklənib.

Bələdiyyənin reklam lövhələrində bu sözlər yazılıb: "Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik. Sizin sevinciniz bizim sevincimizdir!"

Mövzuya görə xəbərlər