Son dəqiqə

Türkiyə Macarıstan Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Cinayətkar qrupun rəhbərlərindən biri Türkiyəyə ekstradisiya olundu

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya A.B.K. adlı mütəşəkkil cinayət qrupunun rəhbərlərindən biri olan Serdar Sertçelikin Macarıstandan Türkiyəyə gətirildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazir sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, əməliyyat Türkiyə Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi, İnterpol–Avropol şöbəsi və Macarıstan polisinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

Qeyd olunub ki, Serdar Sertçelik barəsində cinayət törətmək məqsədilə yaradılmış dəstəyə üzv olmaq, qəsdən adam öldürmə, eləcə də digər cinayətləri gizlətmək və yaxud yaxalanmamaq üçün adam öldürmə maddələri ilə beynəlxalq axtarış “qırmızı bülleten” elan edilmişdi.

Şübhəli şəxs 25 may 2024-cü ildə Macarıstanda saxlanılaraq həbs olunmuş və hüquqi prosedurlardan sonra Türkiyəyə təhvil verilib.

Mövzuya görə xəbərlər