Son dəqiqə

İstanbul Türkiyə Daxili İşlər Nazirliyi Mustafa Çiftçi

İstanbuldakı atışma ilə bağlı yeni detallar - Cinayətkarların kimliyi bəlli olub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi, İstanbulun Levent məhəlləsində İsrail konsulluğu yaxınlığında polisə hücum edən üç şəxsin kimliyinin müəyyən edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, son məlumatlara görə, Yapı Kredi Plaza blokları önündə təhlükəsizlik qüvvələri ilə atışmaya girən 3 nəfərdən biri ölü, ikisi isə yaralı halda zərərsizləşdirilib. Nazir bildirib ki, hadisəni törədənlər İzmit şəhərindən kirayələdikləri avtomobillə İstanbula gəliblər. Araşdırmalar nəticəsində məlum olub ki, zərərsizləşdirilən şəxslərdən ikisi qardaşdır.

Nazir Çiftçi qeyd edib ki, onlardan birinin dini radikal qruplaşmalarla əlaqəsi olduğu, digər iki qardaşdan birinin isə narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayət keçmişi mövcuddur. Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarətlər alıb və onların vəziyyətinin sabit olduğu bildirilir. Hazırda prokurorluq tərəfindən başladılan cinayət işi çərçivəsində hücumun motivləri və arxa plandakı əlaqələr araşdırılır.

Mövzuya görə xəbərlər