Türkiyə Mərkəzi Bankının sədri istefasını istəyib

Türkiyə Mərkəzi Bankının sədri istefasını istəyib

Bakı. TurkicWorld:

Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan istefasını istəyib.

TurkicWorld-un məlumatına görə, bu barədə Hafize Erkan öz rəsmi media hesabında bildirib.

“2023-cü il iyunun 8-dən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının prezidenti vəzifəsində çalışıram. Bu məqamda iqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb. Ehtiyatlarımızın artması, iqtisadi göstəricilər və inflyasiyanın əsas tendensiyasının göstəriciləri bu uğurun sübutudur. Lakin baş verən proseslər səbəbi ilə prezident Rəcəb Tayyib Ərdoğana istefa istəyimi bildirdim” - deyə Hafize Erkan bildirib.

Hafiz Rufizoğlu