TCMB və İspaniya Bankı arasında anlaşma memorandumu imzalanıb

TCMB və İspaniya Bankı arasında anlaşma memorandumu imzalanıb

Bakı. TurkicWorld:

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) və İspaniya Mərkəzi Bankı arasında anlaşma memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) məlumat yayıb.

Məlumata əsasən, memorandum İspaniyanın Madrid şəhərində TCMB sədri Hafize Gaye Erkan və İspaniya Bankının rəhbəri Pablo Hernandez de Kos arasında imzalanıb.

"Müqavilə çərçivəsində iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın gücləndirilməsi və mərkəzi bankçılıq sahəsində institusional çərçivədə texniki araşdırmaların aparılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilib.

X: Lamanasadli01