Mehmet Şimşek Londonda 100-dən çox yüksəksəviyyəli görüş keçirib

Mehmet Şimşek Londonda 100-dən çox yüksəksəviyyəli görüş keçirib

Bakı. TurkicWorld:

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek 4-6 oktyabr tarixlərində Londonda 85 fərqli qurumdan 100-dən çox yüksəksəviyyəli idarəçilərlə görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi bildirib.

Məlumata əsasən, səfər çərçivəsində nazir Şimşek ümumilikdə 75 trilyon dollardan çox aktivləri olan investisiya fondları, çoxmillətli bankların nümayəndələri ilə görüşüb.

Bundan əlavə, M.Şimşek gələn həftə Mərakeşdə başlayacaq Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantılarında Türkiyəni təmsil edəcək.

Bu görüşlərdə Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Hafize Qaye Erkanın da iştirakı gözlənilir.

Ləman Əsədli
Twitter: Lamanasadli01