Son dəqiqə

Böyük Britaniya İran London casusluq Vahid Aberi İran kəşfiyyatı Vestminster Magistratlar Məhkəməsi

Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Böyük Britaniya polisi İranın xeyrinə casusluq etməkdə şübhəli bilinən 39 yaşlı Britaniya–İran ikili vətəndaşı Vahid Aberiyə qarşı ittiham irəli sürüb.

TurkicWorld xəbər verir ki, Liverpul sakini olan Aberi İranın kəşfiyyat xidmətinə yardım təklif etməkdə ittiham olunur.

Prokuror Kristel Pous Vestminster Magistratlar Məhkəməsində bildirib ki, Aberi İranın kəşfiyyat qurumlarına kömək etmək məqsədilə bu ölkədəki əlaqələri ilə təmas qurmağa cəhd edib, lakin buna nail olmayıb.

İddialara görə, o, 2025-ci ildə İranın Londondakı konsulluğuna məktub göndərərək “əziz həmvətənlərinə” necə yardım edə biləcəyini soruşub.

Aberi çərşənbə günü saxlanılıb və bu gün London məhkəməsi qarşısına çıxarılıb.

Məhkəmə onun həbsdə saxlanılması barədə qərar qəbul edib.

Təqsirləndirilən şəxsin avqustun 21-də İngiltərə və Uelsin Mərkəzi Cinayət Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxacağı bildirilib.

Aberiyə qarşı irəli sürülən ittihamlar hələ məhkəmə tərəfindən sübuta yetirilməyib və o, hökm çıxarılanadək təqsirsiz sayılır.

Mövzuya görə xəbərlər