Bakı. TurkicWorld:
Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Hafize Gaye Erkan sabah Nyu-Yorkda beynəlxalq investorlarla görüşlər keçirəcək.
TurkicWorld xəbər verir ki, o, həcmi 50 trilyon dollara çatan dünyanın ən böyük investisiya fondlarından 200-dən çox yüksək səviyyəli nümayəndə ilə görüşəcək.
Məlumata əsasən, makroiqtisadiyyat, pul siyasəti, maliyyə bazarları və bank işi kimi mövzularda ətraflı texniki təqdimatların ediləcəyi iclasda geniş sual-cavab bölmələri də yer alacaq.
Bundan əlavə, TCMB sədri Erkanın "Pul Siyasəti və İnflyasiya" adlı təqdimatı ilə başlayacaq iclasın ikinci hissəsində "Türkiyə Aktivləri üzrə İnvestor Baxışları Paneli" keçiriləcək.