AYİB prezidenti Türkiyəyə səfər edəcək

AYİB prezidenti Türkiyəyə səfər edəcək

Bakı. TurkicWorld:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso 20 noyabr tarixində Türkiyəyə səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.

Məlumata əsasən, bu səfər fevral ayında Türkiyədə baş verən zəlzələlərdən sonra Odil Reno-Bassonun Türkiyəyə ilk səfəri olacaq. Səfər çərçivəsində yüksək səviyyəli dövlət rəsmiləri və özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və beynəlxalq tərəfdaşlarla bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Bundan əlavə, AYİB prezidentinin Türkiyə Prezident Administrasiyası, Xəzinə və Maliyyə, Sənaye və Texnologiya, Energetika və Təbii Sərvətlər, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliklərinin rəsmiləri, həmçinin, Mərkəzi Bankın (TCMB) sədri Hafize Gaye Erkan ilə görüşləri nəzərdə tutulub.

"Türkiyə fəaliyyət göstərdiyimiz bir çox ölkələr üçün əsas bazarlarımızdan və ticarət tərəfdaşlarımızdan biridir. Buna görə də Türkiyənin özəl sektorunu və davamlı iqtisadi inkişafını dəstəkləməyə hazırıq", - deyə Odil Reno-Basso bildirib.

Qeyd edək ki, 2022-ci ildə AYİB Türkiyəyə 1,63 milyard avro illik investisiya yatırıb.

X: Lamanasadli01