Son dəqiqə

Türkiyə İstanbul Mehmet Şimşek Hafize Gaye Erkan

Mehmet Şimşək bu gün beynəlxalq investorlarla görüşəcək

Bakı. TurkicWorld:

Türkiyənin xəzinə və maliyə naziri Mehmet Şimşək bu gün beynəlxalq investorlarla görüşəcək.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək bu gün beynəlxalq investorlarla görüşəcək. Mərkəzi Bankın sədri Hafizə Qaye Erkanın da qatılacağı Türkiyə İqtisadi Forumunda qlobal şirkətlərin nümayəndələri ilə təkbətək görüşlər keçiriləcək.

İstanbulda keçiriləcək forum 50 investorun iştirakı ilə JP Morgan tərəfindən təşkil olunub.

Mehmet Şimşək Forumda beynəlxalq investorlara Türkiyə iqtisadiyyatı ilə bağlı təqdimat edəcək.

Təqdimatının ardından investor qrupları ilə ayrı-ayrılıqda bir araya gələcək Şimşək, BlackRock, JP Morgan, Sinqapur Sərvət Fondu və Franklin Templeton investisiya şirkətlərinin nümayəndələri ilə təkbətək görüşlər keçirəcək.

Digər tərəfdən, sözügedən təşkilat çərçivəsində Mərkəzi Bankın sədri Hafize Gaye Erkan da təqdimatla çıxış edəcək.

Forum və görüşlər mətbuata qapalı keçiriləcək.

Mövzuya görə xəbərlər