Son dəqiqə

Türkiyə ABŞ Mehmet Şimşek Hafize Gaye Erkan TAİK

Hədəfimiz Türkiyə ilə ABŞ arasındakı ticarət həcminin 100 milyard dollara çatmasıdır - TAİK prezidenti

Bakı. TurkicWorld:

Hədəfimiz Türkiyə ilə ABŞ arasındakı ticarət həcminin 100 milyard dollara çatmasıdır.

TurkicWorld-un məlumatına görə, bununla bağlı Türk Amerika İş Şurasının (TAİK) prezidenti Mehmet Əli Yalçındağ jurnalistlərə açıqlaması zamanı deyib.

TAİK prezidenti Mehmet Əli Yalçındağ iyul ayında Vilnüsdə keçirilən NATO Zirvəsinin, Türkiyə-ABŞ münasibətlərində yeni bir prosesin başlanğıcı olduğunu ifadə edib.

"Biz iki ölkə arasındakı ticarət əlaqələrini daha da sürətləndirmək istəyirik. Sona çatmasına baxmayaraq, Taxıl dəhlizi ilə başlayan proses ölkəmizin strateji tərəfdaş kimi nə qədər vacib olduğunu göstərdi”,- deyə qeyd edib.

Mehmet Əli Yalçındağ bildirib ki, İDEF 2023-də başda ABŞ səfiri Ceffri Flake olmaqla, 50 amerikalı iş adamının iştirakı bizə ABŞ-ın müdafiə sənayesində də əməkdaşlığa açıq olduğunu hiss etdirdi. TAİK olaraq, ilin sonunda 39-cu Amerika Türk Konfransını keçirəcəyik. İlin sonuna doğru – Türk müdafiə sənayesi şirkətlərinə Amerika-Türkiyə Konfransında özlərini daha yaxından tanıtmaq imkanı təqdim edərək müsbət addımların atılmasına töhfə verəcəyik.

"Türkiyə ilə ABŞ arasında 100 milyard dollarlıq ticarət həcmi hədəfinə doğru qarşıdakı dövrdə atacağımız ilk addım 19-20 sentyabr tarixlərində keçiriləcək 13-cü Türkiyə İnvestisiya Konfransı olacaq. Goldman Sachs-ın ev sahibliyi etdiyi İnvestisiya Konfransının ilk günündə, Xəzinə və maliyyə nazirimiz Mehmet Şimşək və Mərkəzi Bankın sədri Hafize Qaye Erkan ABŞ-ın aparıcı maliyyə dairələri ilə bir araya gələcək. İkinci gün isə cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan Fortune 100-ə daxil olan 25 Amerika şirkətinin baş direktorları ilə dəyirmi masa toplantısında istirak edəcək", - deyə TAİK prezidenti bildirib.

Mehmet Əli Yalçındağ əlavə edib ki, Türk şirkətlərimiz, xüsusilə Türk Hava Yolları (THY) ixracımızı artırmaq və türk mallarını ABŞ bazarına daha yaxşı tanıtmaq üçün 150-dən çox yarmarkada iştirak edir və başda South by Southwest olmaqla bir çox yarmarkalarda iştirak etməyi planlaşdırırıq.

Xatırladaq ki, 11-12 iyul tarixlərində Vilnüs Sammiti baş tutub. Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edib.

Mövzuya görə xəbərlər