Hafize Gaye Erkan

Qiymətlərin sabitləşməsi üçün bütün imkanlardan istifadə ediləcək - Türkiyə Mərkəzi Bankının sədri

Bakı. TurkicWorld:

Qiymətlərin sabitləşməsi ilə bağlı məqsədimizə çatmaq üçün bütün imkanlardan istifadə ediləcək. Buna baxmayaraq, qısa zaman kəsiyində inflyasiyada müvəqqəti yüksəlmə müşahidə olunacaq.

TurkicWorld Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan bu barədə 2023-cü ilin 3-cü inflyasiya hesabatının təqdim edildiyi toplantıda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaşlar Mərkəzi Bankın faiz artımı və kredit şərtlərinin sərtləşdirilməsi ilə bağlı qərarlarının müsbət təsirlərini ilin sonunadək hiss edəcəklər:

"Daim azalan inflyasiya sərmayələr və keyfiyyət artımı ilə müşayiət olunacaq. Seçilən kredit sabitləşdirmə qərarları daxili tələbatı tənzimləyəcək.

Türkiyədə ötən ilin oktyabrında 85,5 faizlə pik həddə çatan inflyasiya iyun ayında 38,2 faizə enib. Buna milli valyutanın məzənnəsindəki sabitlik və ucuzlaşan qlobal əmtəə qiymətləri təsir edib", - deyə Hafize Gaye Erkan bildirib.

Türkiyə Mərkəzi Bankının hesabatında 2023-cü ilin sonlarında inflyasiya proqnozu 58 faiz, 2024-cü ildə 33 faiz, 2025-ci ildə isə 15 faiz göstərilir.

Mövzuya görə xəbərlər