Bir neçə gün ərzində Qəzzadan yeni təxliyyə planlaşdırırıq - Koca

Bir neçə gün ərzində Qəzzadan yeni təxliyyə planlaşdırırıq - Koca

Bakı. TurkicWorld:

Bir neçə gün ərzində Qəzzadan yeni təxliyyə planlaşdırırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

"Qəzza zolağında təhlükəsiz bölgədə səhra xəstəxanası qurmağı planlayırıq. Bu gün İsrailin, dünən isə Misirin səhiyyə naziri ilə səhiyyə koordinasiya qrupunun işini müzakirə etdik. Xüsusilə körpə və uşaqları ölkəmizə müalicə üçün gətirməyə çalışdığımızı bildirdim", - deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

X: Lamanasadli01