Qəzzadakı körpələrin Türkiyəyə gətirilməsi üçün çalışırıq - Koca

Qəzzadakı körpələrin Türkiyəyə gətirilməsi üçün çalışırıq - Koca

Bakı. TurkicWorld:

İlk mərhələdə Qəzzadan Türkiyəyə 27 xərçəng xəstəsi gətirildi, növbəti mərhələdə Qəzzadakı körpələr gətiriləcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

"Noyabrın 14-də Misirin səhiyyə naziri Xalid Əbdülqaffarla görüşdüm. Qəzzadakı xərçəng xəstələrinin Rəfah qapısından Misirə keçməsi barədə razılığa gəldik. Misirin xəstə təxliyəsinə icazə verdiyi ilk ölkə Türkiyə olub. Türkiyə Prezident Administrasiyası və Milli Müdafiə Nazirliyinə aid təyyarələrlə 27 xəstə və 13 yol yoldaşını Türkiyəyə gətirərək ilk addımı atdıq", - deyə o bildirib.

F.Koca onu da qeyd edib ki, xəstələrin təhlükəsiz təxliyəsi üçün İsrailin Səhiyyə Nazirliyi ilə də əlaqə saxlanılıb.

Qeyd edək ki, 16 noyabr tarixində Qəzzadan 27 xəstə Ankarada yerləşən Bilkent Şəhər Xəstəxanasına gətirilərək müalicələrinə başlanılıb.

X: Lamanasadli01