Qəzzadakı xərçəng xəstələri Türkiyəyə gətirilir - Koca

Qəzzadakı xərçəng xəstələri Türkiyəyə gətirilir - Koca

Bakı. TurkicWorld:

Qəzzadakı xərçəng xəstələri Türkiyəyə gətirilir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca jurnalistlərə açıqlamasında deyib.

"Qəzzadan çıxarılan xərçəng xəstələrinin bəziləri onlara qulluq edən insanlarla birlikdə Türkiyəyə aparılmaq üçün Əl Ariş Hərbi Hava Limanına yola çıxıb. Onlar Rəfah sərhəd-keçid məntəqəsində Türkiyədən gələn həkimlər tərəfindən qarşılanıb", - deyə o bildirib.

Nazir Koca onu da qeyd edib ki, Rəfah sərhəd-keçid məntəqəsindən keçən 26 Qəzzalı xəstə və onların 13 yoldaşının bu gün axşam saatlarında Türkiyəyə gətirilməsi planlaşdırılır.

"Bu xəstələr ilk dəfə Misirdən çıxarılıb başqa bir ölkəyə müalicə üçün göndərilən şəxslər olacaq. Bu günə qədər Rəfah sərhəd-keçid məntəqəsində 200-ə yaxın xəstəxana qurulub, lakin geridə xeyli xəstə var. Qəzzada səhra xəstəxanası qurmaq istəyirik. Misirdə türk həkimlərlə digər həkimlərin gələn xəstələri birlikdə müalicə etmələrini istəyirik", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzaya göndərilən səhiyyə yardımının koordinasiyasını və Qəzzada xərçəng xəstələrinin Türkiyəyə gətirilməsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirəyə gedib.

X: Lamanasadli01