Son dəqiqə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astana

Ərdoğan Astanaya rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2-3 noyabr tarixlərində Astanaya rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Ərdoğan, “Türk Dövrü” mövzusu ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak etmək üçün Astanaya səfər edəcək.

Mövcud sədrliyin Özbəkistandan Qazaxıstana keçəcəyi sammitdə liderlər Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün işləri müzakirə edəcək, cari, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Sammitin sessiyasında çıxış edəcəklər.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının sədrliyinin Özbəkistandan Qazaxıstana keçəcəyi Sammit proqramının yekununda dövlət başçıları bir sıra qərarlarla birlikdə Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurası Sammitin gündəliyi və dövlət başçıları tərəfindən imzalanacaq sənədlər üzərində yekun işləri yerinə yetirmək üçün Astanada toplanacaq.

Mövzuya görə xəbərlər