Son dəqiqə

Qazaxıstan Astana

Astanada hava limanında yanğın baş verib

Bakı. TurkicWorld:

Bu gün səhər saatlarında Qazaxıstanın Astana şəhərinin hava limanında yanğın baş verib.

TurkicWorld-un məlumatına görə yanğının söndürülməsi zamanı güclü tüstü nəticəsində hava limanının bütün sərnişinləri təhlükəsiz yerə təxliyə edilib.

Yanğının söndürülməsinə 20 ədəd əsas texnika, 3 ədəd xüsusi texnika, 58 nəfər canlı qüvvə cəlb olunub.

"Astana Beynəlxalq Hava Limanı (Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı) gələn reysləri qəbul etməkdə davam etməsinə baxmayaraq hava limanından 18 reysin uçuşu gecikir. Gecikmiş uçuşların dəqiq uçuş vaxtı hələlik məlum deyil", - deyə hava limanının mətbuat xidmətindən bildirilib.

Mövzuya görə xəbərlər