Son dəqiqə

Azərbaycan Qazaxıstan Mərkəzi Bank AMB

Qazaxıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb

BAKI,TurkicWorld

Bu ilin yanvar-sentyabr ayları ərzində Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 17,193 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,934 milyon dollar və ya 1,9 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstandan olan investisiyaların payı 0,4% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Qazaxıstan iqtisadiyyatına 7,310 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 965 min dollar və ya 11,7% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstana yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,4% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 2,207 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 8,275 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Mövzuya görə xəbərlər