Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu gün Ankarada Albaniyanın Baş naziri Edi Ramanı rəsmi mərasimlə qarşılayacaq.
TurkicWorld-un məlumatına görə, iki lider əvvəlcə təkbətək görüş keçirəcək.
Səfər çərçivəsində, Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası da keçiriləcək. Şuranın iclasında iki ölkə arasında əməkdaşlığın bütün aspektləri müzakirə olunacaq. Cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Eyni zamanda, görüşdə Türkiyə-Albaniya əlaqələrinə mühüm töhfələr verəcək bir çox müqavilələrin imzalanacağı gözlənilir. Görüşdən sonra Ərdoğan və Rama birgə mətbuat konfransı keçirəcək.
Aytac Süleymanova
Twitter: a_alieva_