Son dəqiqə

Türkiyə Albaniya

Türkiyə ilə Albaniya arasında dörd müqavilə imzalanıb

Bakı,TurkicWorld

Türkiyə Albaniya ilə dörd müqavilə imzalayıb.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi sosial media hesabında paylaşım edib.

İmzalanan müqavilələr aşağıdakılardır;

1-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Albaniyanın Baş naziri Edi Rama arasında Strateji Tərəfdaşlığın dərinləşdirilməsinə dair Birgə Bəyannamə imzalanıb.

2- Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə Albaniya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında razılaşma əldə edilib.

3- Türkiyə ilə Albaniya arasında İctimaiyyətlə Əlaqələr sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

4- Albaniya Respublikası Təhsil və İdman Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurasının Rəyasət Heyəti arasında protokol imzalanıb.

Mövzuya görə xəbərlər