Bakı, TurkicWorld
Azərbaycanın üzvlüyü təşkilatı daha da gücləndirəcək
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə keçirilən D-8 (İslam Əməkdaşlığı Təşkilatına üzv olan İnkişaf Etməkdə olan Səkkizlər) 11-ci Zirvə görüşündə Azərbaycanın təşkilata üzvlüyünü xüsusi qeyd edib.
"Qardaş Azərbaycana xoş gəldin deyirik. Azərbaycanın D-8-ə üzvlüyü təkcə təşkilatı böyütməyəcək, həmçinin gücləndirəcək." - deyə o bildirib.
Ərdoğan, Azərbaycanın yeni üzv kimi təşkilatda müvəffəqiyyətli addımlar atacağına inandığını ifadə edərək, uğurlar arzulayıb.