Bakı, TurkicWorld
Türkiyənin İstanbul və Çanaqqala boğazlarında sıx duman səbəbindən görmə məhdudiyyəti ilə əlaqədar gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
TurkicWorld xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Nazirliyinin yaydığı məlumata görə, səhər saatlarından başlayaraq müşahidə edilən sis səbəbilə gəmilərin görmə qabiliyyəti ciddi şəkildə azalıb.
Dumanın təsiri ilə İstanbulda bərə reysləri də çətinliklərlə üzləşib. City Lines şirkəti tərəfindən verilən açıqlamada, Anadolu Kavağı-Üsküdar, Beykoz-Eminönü Boğaziçi Xətti və Rumeli Kavağı-Eminönü reyslərinin dayandırıldığı bildirilib.
Hazırda hava şəraitinin yaxşılaşması gözlənilir və vəziyyət nəzarətdə saxlanılır. Gəmilərin hərəkətinə nə vaxt icazə veriləcəyi , hava şəraitinin yaxşılaşmasından asılı olacaq.