Son dəqiqə

Türkiyə SOCAR BP Bakı-Tbilisi-Ceyhan (BTC) Botas TPAO İNPEX TotalEnergies ExxonMobil

2025-ci ildə BTC ilə Türkiyə ərazisindən nəql olunan nefti həcmi açıqlandı

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

2025-ci ilin yanvar-noyabr aylarında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə 189,114 milyon barrel neft nəql olunub.

Bu barədə TurkicWorld Türkiyənin BOTAŞ şirkətinə istinadla məlumat verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 204,061 milyon barrel təşkil edib. Beləcə daşınmanın həcmi 7,3 faiz azalıb.

2025-ci ilin noyabr ayında Türkiyə ərazisindən BTC kəməri ilə 16,326 milyon barel neft nəql edilib ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 18,8 faiz azdır (20,116 milyon barel).

Xatırladaq ki, 2024-cü ilin yekunlarına əsasən, Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Türkiyə ərazisindən ümumilikdə 224,14 milyon barel neft daşınıb.

BTC Co. şirkətinin səhmdarları aşağıdakılardır:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

Mövzuya görə xəbərlər