Bakı, TurkicWorld
Türkiyənin İzmir şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat çərçivəsində 15 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, İzmir Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar nəticəsində, təşkilatla əlaqəli olduğu müəyyən edilən şəxslər haqqında həbs qərarı çıxarılıb.
Qruplar İzmir şəhər mərkəzi, Kemalpaşa və Ödəmiş rayonlarında keçirilən əməliyyatlar zamanı ByLock istifadəçisi olan, təşkilat üzvü olduqları təsbit edilən və araşdırmalarda adları hallanan şəxsləri saxlayıb. Əməliyyat zamanı bir sıra rəqəmsal materiallar da ələ keçirilib.
Hazırda istintaq davam edir və şübhəlilərin ifadələri alınır.