BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyə Respublikası ilə Belarus Respublikası arasında 29 mart 2013-cü il tarixində imzalanmış “Viza Tələblərinin Qarşılıqlı Ləğvi Anlaşması”na dəyişiklik edilməsi barədə protokol rəsmi olaraq təsdiqlənib.
TurkicWorld xəbər verir ki, bu barədə qərar 25 dekabr 2025-ci il tarixli Resmi Gazetenin 10763 saylı sənəd əsasında qəbul olunub.
Qərara əsasən, protokol Türkiyə hökuməti tərəfindən müvafiq qanunvericilik və prezident qərarları çərçivəsində təsdiqlənərək qüvvəyə minib.







