Türkmənistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi sement Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Türkmənistana sement ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 65,7 faiz artaraq, 21 milyon 499 min 9 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 1 milyon 219 min 68 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 4 milyard 116 milyon 432 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 361 milyon 707 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 4,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 4 milyard 456 milyon 5 min dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər