Bakı, TurkicWorld
D8 Qrupuna üzv ölkələrin yerləşdiyi coğrafiya dünya səviyyəsində tranzit və yükdaşımalara öz töhfəsini verə bilər.
TurkicWorld-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Misirdə keçirilən D8 Qrupuna üzv ölkələrin dövlət başçılarının sammitində deyib.
Onun sözlərinə görə, bu əhəmiyyətli məsələnin kənarında üzv ölkələr kollektiv davamlı inkişafa və mənafeyə kömək etməklə gələcəkdə ehtimal olunan iqtisadi şokların qarşısını ala bilərlər.
Pezeşkian deyib ki, bu istiqamətdə üzv ölkələr süni intellekt kimi texnologiyalardan istifadə etməklə, onun mənfi cəhətlərini idarə etməlidirlər.
İran prezidenti qeyd edib ki, Misirin Qrupa sədrliyi dövründə üzv ölkələr arasında ticarət dövriyyəsində ciddi artım qeydə alınacaq. Bu istiqamətdə üzv ölkələrin barterdən istifadə etməsi təyinedici rola malik ola bilər.