İran İran-Azərbaycan Hikmət Hacıyev Azərbaycan-İran münasibətləri Məsud Pezeşkian İran Azərbaycan münasibətləri

Hazırda İranla münasibətlərimiz normal və sabitdir - Hikmət Hacıyev

BAKI,TurkicWorld

Hazırda İranla münasibətlərimiz normal və sabitdir və Azərbaycan Azərbaycan ikitərəfli iqtisadi-ticarət əlaqələrini bundan sonra daha da genişləndirmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Belçikanın "EU Today" nəşrinə verdiyi özəl müsahibədə bildirib.

"İranı qonşu və tərəfdaş kimi görürük və iqtisadi-ticarət əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyini gözləyirik,"- deyə o bildirib.

Hikmət Hacıyev eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev və onun iranlı həmkarı Məsud Pezeşkian arasında şəxsi münasibətin istiliyinə diqqət çəkib.

O, həmçinin İranda Azərbaycan səfirliyində törədilən hücumla bağlı da danışıb.

Hacıyev bildirib ki, Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum nəticəsində yaranan diplomatik gərginlik artıq səngiyib. O qeyd edib ki, hücum edən şəxs İran qanunları çərçivəsində məsuliyyətə cəlb olunub və Azərbaycan "bu səhifəni tamamilə bağlayıb".

Mövzuya görə xəbərlər