Türkiyə İran Rəcəb Tayyib Ərdoğan Tehran Hakan Fidan Məsud Pezeşkian Abbas Arakçi

Hakan Fidan İrana rəsmi səfərə gedəcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türkiyə xarici işlər naziri Hakan Fidan İrana rəsmi səfərə gedəcək.

TurkicWorld xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, Hakan Fidan Tehranda iranlı həmkarı Abbas Erakçi və digər yüksək səviyyəli İran rəsmiləri ilə görüşəcək.

Səfər zamanı Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkianın rəhbərliyi ilə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.

Mövzuya görə xəbərlər