Bakı,TurkicWorld
Sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Albaniyanın Avropa və xarici işlər naziri İqli Həsəni ilə ikitərəfli görüş keçirmişdir.
TurkicWorld xəbər verir ki, Kulubayev Qırğızıstan və Albaniya arasında siyasi dialoqun davam etdirilməsi və ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bu kontekstdə Qırğızıstan tərəfi 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi dəstəkləməyi xahiş edib.
Görüş zamanı tərəflər Qırğızıstanın Nazirlər Kabineti ilə Albaniya Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalayıblar.