BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi “Ticarətin maliyyələşdirilməsi və təchizat zəncirlərinin maliyyələşdirilməsi sahəsində potensialın inkişafı” adlı regional layihəyə dəstək göstərir.
TurkicWorld bu barədə AİB-ə istinadən məlumat verir.
Layihədə Azərbaycanla yanaşı, Ermənistan, Banqladeş, Kamboca, Kuk adaları, Gürcüstan, Hindistan, İndoneziya, Qırğızıstan, Malayziya, Monqolustan, Nepal, Pakistan, Filippinlər, Samoa, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Özbəkistan və Vyetnam iştirak edir.
Təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına maliyyələşdirilir, maliyyələşmənin ümumi həcmi 2,50 milyon ABŞ dolları təşkil edir.
Layihə ilə bağlı əlavə detallar açıqlanmır.






