Bakı, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23-24 oktyabr tarixlərində Rusiyaya səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Prezidentin Rəsmi Qəzeti məlumat verib.
Ərdoğanın Rusiyaya səfəri çərçivəsində Kazanda keçiriləcək BRİCS toplantısında iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, BRICS Liderlər Zirvəsi, qlobal iqtisadi nizama alternativ yaratmaq və üzv ölkələr arasında iqtisadi həmrəyliyi gücləndirmək məqsədilə 2010-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılıb.