Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağı Qəzza Benyamin Netanyahu Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası

Netanyahu hakimiyyətdə qalmaq üçün dünyanı alova atır - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu, korrupsiya istintaqları səbəbilə sıxışdığı üçün hakimiyyətini qorumaq naminə regionu və dünyanı alova sürükləyir.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu fikirləri Prezident Administrasiyasında keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada səsləndirib.

“Torpaqlarını, azadlıqlarını və şərəflərini qoruyan Fələstin xalqının yanında qəti şəkildə dayanırıq”, – deyə Ərdoğan vurğulayıb.

O, çıxışı zamanı həm daxili, həm də xarici siyasətlə bağlı önəmli məsələlərin müzakirə olunduğunu qeyd edib. Ərdoğan, son üç həftə ərzində iştirak etdiyi proqramlar barədə də qısa məlumat verəcəyini bildirib.

Mövzuya görə xəbərlər