Türkiyə və Azərbaycan münasibətləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda Müstəqilliyin Bərpası Günü

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti "X" hesabında paylaşım edib.

"Can dostumuz, qardaşımız, göz bəbəyimiz olan Azərbaycanı 18 oktyabr Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu qürurlu gündə mən hörmətli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram", - deyə paylaşımda bildirilib.

Mövzuya görə xəbərlər