Son dəqiqə

Azərbaycan Türkiyə Türkiyə və Azərbaycan münasibətləri Ramin Vəkilov Regional sabitlik və təhlükəsizlik Türkiyə-Azərbaycan strateji əməkdaşlığı Geosiyasi tərəfdaşlıq Türkiyənin Azərbaycana dəstəyi Qarabağ məsələsi Ankara-Bakı ittifaqı Azərbaycanın təhlükəsizliyi Strateji müttəfiqlik Azərbaycan–Türkiyə münasibətləri

Azərbaycan–Türkiyə münasibətləri dövlətlərarası müttəfiqlik əlaqələrinin ən yüksək səviyyəsidir – Ramin Vəkilov

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə və Azərbaycan əlaqələri sadəcə dostluq münasibətləri olmayıb strateji, geosiyasi müttəfiqliyi də əhatə edən təbii müttəfiqlik əlaqələridir.

Bu barədə TurkicWorld-a açıqlamasında Dr. Ramin Vəkilov deyib.

Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” bəyanatı bu münasibətlərin mahiyyətini açıq şəkildə ifadə edir.

Ramin Vəkilov qeyd edib ki, indiyə qədər yaşanan proseslər iki ölkə arasındakı əməkdaşlığın real nəticələrlə təsdiq olunduğunu göstərir.

“Azərbaycanın Qarabağ məsələsində Türkiyə daim Bakının yanında oldu, müxtəlif sahələrdə dəstək verdi və bu dəstək bu gün də davam edir,” – deyə o bildirib.

O, vurğulayıb ki, Ərdoğanın son çıxışı Ankara-Bakı ittifaqının gücünü bir daha nümayiş etdirir və qarşıdakı dövrdə də bu xəttin dəyişməyəcəyi gözlənilir.

“Türkiyənin Azərbaycana dəstəyi necə davam edirsə, Azərbaycanın da Türkiyəyə dəstəyi qarşılıqlı şəkildə güclənəcək,” – Vəkilov qeyd edib.

Mövzuya görə xəbərlər