Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlayıb

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlayıb

Bakı. TurkicWorld:

Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclası başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, tədbir Qazaxıstanın ŞƏT-də sədrliyi çərçivəsində keçirilir.

İclasda Hindistan, İraq, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri iştirak edir.

Bundan əlavə, görüşə ŞƏT-in baş katibi, ŞƏT-in RATS İcraiyyə Komitəsinin direktoru və Belarusun müdafiə naziri də dəvət olunub.

Qeyd edək ki, ŞƏT 1996 və 1997-ci illərdə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya və Tacikistan arasında hərbi sahədə etimadın möhkəmləndirilməsi və sərhəd bölgəsində silahlı qüvvələrin qarşılıqlı ixtisarına dair sazişlər əsasında yaradılıb.

X: Lamanasadli01