Bakı. TurkicWorld:
Ermənistan uydurma tarixi hekayələrlə deyil, zamanın reallıqları ilə hərəkət etməlidir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Artıq regionda yeni nizam qurulur. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi Ermənistan Baş naziri Nikol Paşinyan da bunu başa düşür. Tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar. Biz əvvəldən bu məsələ ilə bağlı çox açıq danışdıq və arxivimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri hazırlamağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diaspor əsarətindən qurtulacaq. Bu prosesdə təkcə diaspora deyil, bir çox təşviqatçılar da Ermənistana təsir etməyə çalışırlar. Biz bunlardan xəbərdarıq. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar", - deyə o qeyd edib.