Son dəqiqə

Türkiyə Slovakiya Cevdet Yılmaz

Slovakiya baş nazirinə edilən sui-qəsd demokratiya üçün təhlükəlidir

Bakı. TurkicWorld:

Slovakiya baş nazirinə edilən sui-qəsd demokratiya üçün təhlükəlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.

“Slovakiyanın Baş naziri cənab Robert Ficoya edilən iyrənc hücumdan çox kədərlənirəm.Bu sui-qəsd birbaşa demokratiya üçün təhlükədir. Belə aksiyalara heç bir cəmiyyətdə yer olmamalıdır.” – deyə o qeyd edib.

Yılmaz ölkəsində qatıldığı tədbirdə silahlı hücuma məruz qalan Slovakiyanın baş naziri Robert Ficoya tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Ficoya sui-qəsd edilib.

Hücumdan dərhal sonra nazir xəstəxanaya yerləşdirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər