Bakı. TurkicWorld:
Yaxın coğrafiyamızda, xüsusən də Qəzzada davam edən böhranların, qırğınların və iztirabların qarşısını almaq üçün əlimizdən gələni etməyə davam edəcəyik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Antalyada keçirilən 6-cı Etnoidman Forumuna videomüraciət göndərərkən deyib.
"Antalya ilə eyni dənizi paylaşan və Aralıq dənizinin o tayında yerləşən Qəzzada insan faciəsinə son qoyacaq həmrəylik ruhunun bu forumda təzahür edəcəyinə inanıram. Yaxın coğrafiyamızda, xüsusilə Qəzzada davam edən böhranların, qırğınların və iztirabların qarşısını almaq üçün hər cür səy göstərməyə davam edəcəyik. Biz coğrafiyamızdan başlayaraq bütün dünyada sülhün, ədalətin və əmin-amanlığın hökm sürməsi üçün həmişəkindən daha çox çalışacağıq. Daha ədalətli və firavan dünyanın bərqərar olması uğrunda bu mübarək mübarizədə sizdən, dostlarımızdan dəstək gözləyirik",-deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_