Bakı. TurkicWorld:
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə AK Parti Mərkəzi İdarə heyətinin iclası keçiriləcək.
TurkicWorld-un məlumatına görə, Ərdoğan, Ankaradakı proqramı çərçivəsində ilk olaraq AK Partinin genişləndirilmiş vilayət seçki işləri başçıları toplantısına qatılacaq.
Daha sonra Türkiyə prezidenti, Sirkeci-Kazlıçeşme dəmiryol sistemi və piyada yönlü yeni nəsil nəqliyyat layihəsinin açılış mərasimində iştirak edəcək.
AK Parti Konqres Mərkəzində keçiriləcək və Ərdoğanın çıxış edəcəyi iclasda 31 mart bələdiyyə idarəetmə seçkiləri çərçivəsində 81 vilayətdə aparılan işlər müzakirə olunacaq.
O, AK Partidəki A qrupu ilə daxili və xarici siyasət, xüsusilə bələdiyyə seçki prosesi və Türkiyə Böyük Millət Məclisi Partiya Qrupunun işini dəyərləndirəcək.
Aytac Süleymanova
Twitter: a_alieva_