Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu gün Manisaya səfər edəcək.
TurkicWorld-un məlumatına görə, Ərdoğan bu gün Manisada keçiriləcək mitinqdə ictimaiyyətə müraciət edəcək.
Mitinq zamanı, prezident Ərdoğanın həm gündəm, həm də bələdiyyə seçkilərilə bağlı mesajlar verməsi gözlənilir.
Qeyd edək ki, Türkiyədə yerli özünü idarəetmə orqanlarına seçkilərlə bağlı yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.
Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.
Aytac Süleymanova
Twitter: a_alieva_