Bakı,TurkicWorld
15 iyulun unudulmasına, kiminsə sui-istifadəsinə alət olmasına imkan verməyəcəyik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan dünən Prezident Külliyesində keçirilən 15 İyul Demokratiya və Milli Birlik Günü Anma Proqramı ilə bağlı X sosial media hesabında paylaşım edib.
“Hər il 15 iyul Demokratiya və Milli Birlik Günündə 85 milyon insanla əl-ələ, ürəkdən qovuşaraq, qəhrəman şəhidlərimizi yad edəcək və bu mühüm günü tam dərk edəcəyik”,- deyə paylaşımda qeyd olunub.
15 Temmuz’un unutturulmasına da birilerinin istismar aracı haline gelmesine de müsaade etmeyeceğiz
— Recep Tayyip Erdoğan (@RTErdogan) July 16, 2024
Her 15 Temmuz Demokrasi ve Millî Birlik Günü’nde 85 milyon el ele, yürek yüreğe vererek hem kahraman şehitlerimizi yâd edeceğiz hem de bu önemli günü hakkıyla idrak edeceğiz. pic.twitter.com/MzgJWmNbyq