Son dəqiqə

Türkiyə Fələstin BMT İsrail Qətər Qəzza zolağı Hakan Fidan HƏMAS

Hakan Fidan qətərli həmkarı ilə Qəzza məsələsini müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Al Tani ilə Qəzza məsələsini müzakirə edib.

TurkicWorld xəbər verir ki, tərəflər arasında telefon danışığı baş tutub.

Görüş zamanı HƏMAS və İsrail arasında davam edən atəşkəs danışıqlarındakı son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər