ATAK və Gökbey tarixi uçuş həyata keçirib

ATAK və Gökbey tarixi uçuş həyata keçirib

Bakı. TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən ATAK helikopteri və dörd Gökbey helikopteri ilə Cümhuriyyətin 100-cü ildönümü münasibətilə tarixi uçuş həyata keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsi məlumat yayıb.

Məlumata əsasən, uçuş zamanı Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün də ATAK helikopterinin kokpitində olub.

"Türkiyənin yerli imkanlarla inkişaf etdirdiyi ilk hücum helikopteri ATAK-la uçmaq qədər ilk milli helikopter olan GÖKBEY-lə uçmaq da ölkəmizin gücünü və sarsılmazlığını, minlərlə işçisi ilə müdafiə sənayemizin olduğunu dünyaya bir daha göstərdi. Biz birlikdə güclü Türkiyə qurmağa davam edəcəyik”, - deyə H.Görgün vurğulayıb.

Qeyd edək ki, 2013-cü ildə Türkiyənin Müdafiə Sənayesi və Türk Aerokosmik Sənayesi (TUSAŞ) arasında ümumi məqsədli helikopterin yaradılması barədə müqavilə imzalanıb. Helikopterin ilk uçuşu 6 sentyabr 2018-ci ildə uğurla həyata keçirilib.

ATAK helikopteri isə 2019-cu ildə Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi ilə Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) arasında imzalanan Ağır Sinif Hücum Helikopteri Layihəsi çərçivəsində yaradılıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01