GÖZDE Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib (ÖZƏL)

GÖZDE Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN və TÜBİTAK-SAGE şirkətləri tərəfindən ortaq hazırlanan GÖZDE Rəhbər Kiti Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, GÖZDE-nin F-16 döyüş təyyarələri üçün nəzərdə tutulmuş Bayraktar AKINCI Hücum Pilotsuz Uçuş Aparatına inteqrasiya prosesləri uğurla davam edir.

Qeyd edək ki, döyüş başlığı olaraq Mk-82 bombasından istifadə edilən GÖZDE Rəhbər Kiti, GPS/INS naviqasiya sistemləri və lazer axtarış başlığı ilə üç metr məsafədən dəqiq zərbə vurma qabiliyyətinə malikdir. Yüksək sürətlə hərəkət edərək hədəfləri vuran GÖZDE tənzimlənən hündürlükdə partlayır.

Ləman Əsədli

Twitter: lamanasadli01