Bakı, TurkicWorld, Nailə Babazadə
ASELSAN Bakı şirkətinin fəaliyyətə başlamasının 28-ci ildönümü qeyd olunur.
TurkicWorld xəbər verir ki, bu münasibətlə yayılan açıqlamada Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın “Bir millət, iki dövlət” prinsipi əsasında qətiyyətlə davam etdiriləcəyi bildirilib.
Qeyd olunub ki, ASELSAN Bakı ötən 28 il ərzində müdafiə sənayesi sahəsində mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edib və iki ölkə arasında texnoloji tərəfdaşlığın güclənməsinə töhfə verib.
Açıqlamada vurğulanıb ki, Azərbaycan ilə strateji əməkdaşlıq gələcək dövrdə də daha da dərinləşdiriləcək.






