Son dəqiqə

Akkuyu Atom Elektrik Stansiyasının (NGS)

Akkuyu AES- də körpü kranı istismara verilib

Bakı. TurkicWorld:

Akkuyu Atom Elektrik Stansiyasının (NGS) tikinti sahəsindəki 1-ci enerji blokunun maşın zalında yükgötürmə qabiliyyəti 350 ton olan körpü kranı istismara verilib.

TurkicWorld-un məlumatına görə, turbin binasının ən vacib kranı olan elektrik qoşa tirli körpü kranı, AES-in tikinti-quraşdırma işləri zamanı qaldırma, daşıma və yükləmə-boşaltma əməliyyatlarına həyata keçirməyə imkan verir.

Turbin hissəsinin aşağı pilləsində isə müvafiq olaraq, qaldırma qabiliyyəti 30 və 15 ton olan enli körpü kranları yerləşir.

Yüksək texnologiyalı idarəetmə sistemi, 1-ci Enerji Blokunun maşın otağında müxtəlif səviyyələrdə quraşdırılmış cəmi üç körpü kranı bir yerdə saxlayır. Sistem həmçinin bütün əməliyyat prosesləri zamanı kranlar, qarmaqlar və ya kəndirlərlə toqquşma ehtimalını aradan qaldırır.

AES-in tikinti işləri üzrə direktoru Sergey Butckikh bildirib ki, quraşdırma başa çatdıqdan sonra bütün kranlar maşın zalında avadanlıqların quraşdırılması və ağır yüklərin daşınması üçün istifadə olunacaq. Enerji blokunun istismarı zamanı kranlar stansiyanın əsas və köməkçi avadanlıqlarına texniki qulluq və təmirin təşkili üçün zəruridir.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər