Son dəqiqə

Rusiya Akkuyu Atom Elektrik Stansiyasının (NGS) Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Alparslan Bayraktar Rusiyada Akkuyu AES-lə bağlı müzakirələr aparıb

Bakı. TurkicWorld:

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiyaya səfər edib.

TurkicWorld xəbər verir ki, nazir Bayraktar bu barədə öz rəsmi X (Twitter) sosial media hesabında bildirib.

Məlumata əsasən, görüş çərçivəsində Bayraktar Rusiyanın Dövlət Atom Enerjisi Korporasiyası "Rosatom" rəhbəri Aleksey Lixaçevlə Akkuyu AES-in ən qısa zamanda istifadəyə verilməsi üçün görülən işləri müzakirə edib.

"2053-cü il neytral karbon hədəfinə nail olmaq üçün nüvə enerjisi mühüm resurs olmağa davam edəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər