Son dəqiqə

Türkiyə Akkuyu Atom Elektrik Stansiyasının (NGS) Alparslan Bayraktar

Türkiyə enerjisinin 10 faizini Akkuyu AES təmin edəcək

Bakı. TurkicWorld:

Türkiyə enerjisinin 10 faizini Akkuyu Atom Elektrik Stasiyası təmin edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz rəsmi X (twitter) hesabında paylaşım edib.

"Ölkəmizin ilk atom elektrik stansiyası olan Akkuyu AES-in tikinti sahəsinə baş çəkdik. Biz “Rosatom”un rəhbəri Aleksey Lihaçevlə birlikdə yerindəcə işlərlə tanış olduq və elektrik stansiyasının son vəziyyəti barədə məlumat aldıq. Türkiyənin enerji təchizatı təhlükəsizliyi üçün strateji addım olan Akkuyu AES, tam gücü ilə istifadəyə verildiyi zaman ölkəmizin elektrik enerjisinə olan tələbatının 10 faizini təkbaşına qarşılayacaq. Bu yolla biz hər il 35 milyon ton karbon emissiyasının qarşısını alacağıq”,- deyə nazir bildirib.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək.

Bundan əlavə məlumat üçün bildirək ki, Sinopda planlaşdırılan ikinci elektrik stansiyası üçün Rusiya ilə danışıqlar davam edir. Uzunmüddətli enerji planlarına görə, Türkiyədə 20 GVt-dan çox AES-ə ehtiyac var. Kiçik modul reaktorlar (SMR) ilə bağlı bəzi ölkələrlə də danışıqlar davam edir. Bu kontekstdə 5 GVt-lıq kiçik modul reaktorlar sistemə daxil edilə bilər.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər